Moskvada görünməmiş təhlükə: İrəvana reyslər təxirə düşdü

02.09.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2 sentyabr gecəsi Moskvanın üç ən böyük hava limanı olan Şeremetyevo, Domodedovo və Vnukovo  dron hücumları və Ukrayna Prezidenti Volodimir Zelenskinin paytaxt üzərindəki hava məkanını bağlamaq təhdidi səbəbindən demək olar ki, bağlanıb. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib. Onun sözlərinə görə, hazırlıq vəziyyətində olan hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan 12 Ukrayna dronunu vurub. Bu dronlar Moskva hava limanının fəaliyyətinə məhdudiyyətlər qoyub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2 sentyabr gecəsi ölkənin 11 bölgəsində 130 Ukrayna dronu məhv edilib.

"Ehtiyatlı olun, Moskva" veb saytının məlumatına görə, cədvəldəki dəyişikliklər 77 uçuşa təsir edib: 40-ı “Şeremetyevo”ya, 20-si “Domodedovo”ya və 17-si “Vnukovo”ya. “Domodedovo”da Antalyadan uçuş ertəsi günə təxirə salınıb və nəticədə doqquz saatdan çox gecikmə baş verib. “Şeremetyevo” hava limanında Soçiyə uçuş təxminən altı saat gecikib. “Vnukovo” hava limanında Soçi və Şarm əl-Şeyxə uçuşlar altı saat gecikib.

Bundan əlavə, uçuş heyətinin məlumatına görə, bu gecə və səhər Türk Hava Yollarının İstanbula ən azı iki reysi, Şarm əl-Şeyxə “Nesma” Hava Yollarının bir reysi və İrəvana “Şirak Avia” reysi də ləğv edilib. Lakin Türk Hava Yollarının uçuşları günün cədvəlində hələ də dəyişməz olaraq qeyd olunub.

2 sentyabr gecəsi təhlükəsizlik səbəbi ilə “Vnukovo” hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Moskva vaxtı ilə səhər saat 6:00 radələrində Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məhdudiyyətlərin aradan qaldırıldığını elan edib.

Xatırladaq ki,bir gün əvvəl Volodimir Zelenski aviaşirkətlərə Rusiya səmasının təhlükəli hala gəldiyinə dair xəbərdarlıq edib:"Dronlar Rusiya səmasında elə görünəcək ki, onları nəzərə almaq lazım gələcək. Tərəfdaşlarımıza xəbərdarlıq edirik: Rusiya səmasında təhlükəsiz dövr başa çatdı".

Bişkekdə ŞƏT sammitindən sonra 2 avqust gecəsi jurnalistlərə müraciət edən Putin Zelenskinin sözlərini "dövlət terrorizminə cəhd" adlandırıb.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью