Moskvada güclü PARTLAYIŞ: Ordunun generalı öldü

17.12.2024

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. Onun köməkçisi də dünyasını dəyişib.

Lent.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, partlayış həmin şəxslər evdən çıxarkən baş verib.

Çox güman ki, partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

Partlayış evin özündə giriş qapısının sökülməsinə, şüşələrin sınmasına səbəb olub.

Generalın xidməti avtomobilinə də ziyan dəyib./APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью