Moskvada hava limanında qumbaralı şəxs saxlanılıb Xəbər saytı Son xəbərlər və Hadisələr

23.01.2025

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Moskvanın Şeremetyevo hava limanının binasına detonatoru olmayan döyüş qumbarası keçirməyə cəhd edən şəxs saxlanılıb.

BAKU.WS xəbər verir ki, hadisəni törədən şəxs istintaqa cəlb olunub.

"O, Vladivostoka uçmağa hazırlaşırdı, amma metal detektoruna yaxalandı. Onun yanında əl yükündən əlavə döyüş qumbarası da olub. Şükürlər olsun ki qumbaranın detonatoru (partladıcı) yoxdur", - deyə "112" teıeqram kanalı yazıb.

Qeyd olunub ki, sistem səs siqnalı verən zaman sərnişinin üzərində axtarış aparılıb və döyüş sursatı tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının partlayıcı maddələrin qeyri-qanuni daşınması maddəsi ilə həmin şəxsi yoxladığı iddia edilir. Onu səkkiz ilə qədər həbs gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью