Moskvada hava limanlarında uçuşlar məhdudlaşdırılıb, “Moskva Siti”dən insanlar təxliyə olunub

23.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskvanın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

XQ xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bundan əvvəl Şeremetyevo hava limanında hava təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

Şahidlərə istinad edən media orqanlarının məlumatına görə, “Moskva-Siti” biznes mərkəzində yerləşən “IQ-kvartal” kompleksinin binasından əməkdaşlar və ziyarətçilər təxliyə olunublar.

Kompleksdə bir sıra federal qurumların ofisləri yerləşir. Onların arasında İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi və Standartlaşdırma üzrə Federal Agentlik də var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью