Moskvada hərbi zavoda hücum planı: 8 nəfər saxlanıldı, biri öldürüldü

21.08.2026

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Bildirilib ki, iyul ayında Moskva bölgəsindəki strateji obyektə FPV dronlarından istifadə etməklə planlaşdırılan hücumun qarşısı alınıb.

Məlumata görə, hücum güclü partlayıcı qurğularla silahlanmış 35 dron vasitəsilə həyata keçiriləcəkmiş. 

FTX iddia edir ki, onlar Avropa kəşfiyyat orqanlarının köməyi ilə Polşa və Belarus vasitəsilə Slovakiyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilib.

Agentlik hücumun planlaşdırıcısı kimi ukraynalı blogger və repçi Albert Vasilievi (təxəllüs Kiyevstoner) göstərir. O, hazırda Qərbi Avropada yaşayır. Reper özü FTX-nin ittihamlarını rədd edib.

Faktla bağlı cinayət işi açılıb. İstintaq davam etdirilir.

Mürtəza
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью