Moskvada institut binasında yanğın Video

20.02.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın paytaxtı Moskvanın cənubunda S.A. Lebedeva adına Kompüter Elmləri İnstitutunun binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, yanğının ümumi sahəsi 1500 kvadratmetrdir. İnstitutun ərazisində saxlanılan helium silindrlərinin partlama təhlükəsi var. Məlumata görə, yanan binanın dam örtüyü uçub.

Hadisə yerində yanğınsöndürmə briqadası işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью