Moskvada İran və Rusiya nüvə proqramı ilə bağlı danışıqları müzakirə edib

03.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançi dünən rusiyalı həmkarı Sergey Ryabkov ilə İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə edib.

Bizimyol.info İranın "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, tərəflər vəziyyəti sabitləşdirmək və “Qərb ölkələrinin süni və lazımsız şəkildə qızışdırdığı gərginliyi azaltmaq” üçün birgə addımları müzakirə ediblər.

Nazirlik bildirib ki, İrana qarşı hərbi güc tətbiq etmək və onun nüvə infrastrukturuna hücumla hədələmək “qanunsuz və qəbuledilməzdir”. O, xəbərdarlıq edib ki, bu cür hərəkət Yaxın Şərq və dünya üçün "uzunmüddətli və geri dönməz radioloji və humanitar nəticələrə" səbəb olacaq.

Bu ilin əvvəlində Kreml yanvarda Moskva ilə strateji tərəfdaşlıq sazişi imzalayan İran və ABŞ arasında vasitəçilik təklif etmişdi.

ABŞ prezidenti Donald Tramp "NBC News" telekanalına müsahibəsində İranın Vaşinqtonla birbaşa danışıqları rədd etməsindən sonra Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə onu bombardmanlarla və ikinci dərəcəli tariflərlə üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью