Moskvada keçiriləcək qələbə paradına Fiko da gələcək KONKRET

15.01.2025

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Slovakiyanın baş naziri  Robert Fiko Qələbənin 80-ci ildönümünün qeyd etmək üçün böyük nümayəndə heyəti ilə Moskvaya gələcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Slovakiya parlamentinin sədri Tibor Qaspar deyib: “Biz mayın 9-da gəlmək istəyirik, çox böyük bir heyət olacaq. Bu barədə Dövlət Dumasının sədri ilə danışdıq. Baş nazir də gələcək”. Bundan əvvəl Fikonun bu ilin mayında Serbiya prezidenti Aleksandr Vuçiçlə birlikdə Moskvaya səfər etməyi planlaşdırdığı məlum olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью