Moskvada mikroavtobus qəzaya uğrayıb, 2 nəfər ölüb, azı 7 nəfər xəsarət alıb

23.05.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Rusiyanın Moskva vilayətində uşaqları daşıyan mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, mikroavtobus iki minik avtomobili ilə toqquşduqdan sonra aşıb.
Hadisə şahidlərinin sözlərinə əsasən, xəsarət alanlar arasında uşaqlar da var. Qəza nəticəsində bir qadın və bir uşaq ölüb, azı 7 nəfər xəsarət alıb.

Əraziyə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib və helikopter göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью