Moskvada MMA döyüşçüsü döyüldü

18.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MMA döyüşçüsü Kirill Fomenkov Moskvanın mərkəzində klublardan birinin mühafizəsi ilə dava edib. Dava zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. 

"Zərərçəkən beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib", - KİV yazıb. 

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью