Moskvada MMA döyüşçüsü döyüldü

18.11.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

MMA döyüşçüsü Kirill Fomenkov Moskvanın mərkəzində klublardan birinin mühafizəsi ilə dava edib. Dava zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

"Zərərçəkən beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib", - KİV yazıb.

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью