Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya paytaxtında yaşayış kompleksinin yaxınlığında atışma baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, kişi əvvəlcə küçədə sərbəst şəkildə gəzişib, sonra qəfildən atəş açmağa başlayıb.
Artıq o, hadisə yerinə gələn xüsusi təyinatlı qüvvələr tərəfindən saxlanılıb. Hadisənin detalları dəqiqləşdirilir.
Hələ ki hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama verilməyib.
Moskvada naməlum şəxs küçədən keçənlərə atəş açdı