Moskvada narkotik kuryeri robotit cinayət üstündə yaxalandı

03.12.2024

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

Moskvada narkotik kuryeri robot-it cinayət üstündə yaxalandı

Rusiya paytaxtında maraqlı hadisə baş verib - polis narkotik maddələr daşıyan robot-iti saxlayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "ÇP/Moskva" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, qeyri-adi kuryer yerli sakinlərin diqqətini cəlb edib; onlar bir neçə gün ərzində robot-itin rayonda hərəkətlərini müşahidə ediblər. Sonda şübhəli vəziyyət vətəndaşları hüquq-mühafizə orqanının əməkdaşlarını çağırmağa məcbur edib.

Hadisə yerinə gələn polis əməkdaşları yoxlama üçün robot-iti saxlayıblar. Robotun üzərində narkotik maddələr olan bağlamalar aşkar edilib. Maraqlıdır ki, elektron heyvanın üzərində qadağan olunmuş maddələr satan internet mağazasının açıq reklamı olub.

Yoxlama cəhdi zamanı robot "müdafiə rejimi"nə keçib.

Hadisə ilə bağlı polis təhqiqatlara başlayıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью