Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Özbəkistanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-ə rəsmi nota göndərib.
Daşkənddə taksi sürücüsü işləyən özbək miqrantı təhqir edən kişinin şəxsiyyətinin müəyyən olunmasını, onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini tələb edir.
Bu barədə Özbəkistan XİN-in mətbuat katibi Ahror Burhanov məlumat verib.
Avqustun sonunda yayılan videoda Moskvaya yaxın Ximki şəhərində rusca danışan bir şəxsin miqrant taksi sürücüsünü təhqir etdiyi görünür.
Həmin kişi taksi sürücüsünə qışqıraraq “Sən qulsan, rusların qulususan! Özbəkistanda özünə heç nə tapmadın, buraya gəldin.
Öz evində deyilsən, işləmək üçün gəlmisən – işlə!” deyir, söyüş işlədir.
Taksi sürücüsü sakit davranır, ondan söyüş söyməməsini xahiş edir, sonra isə maşına oturub gedir.
Şahidlərə görə, konfliktə taksinin həyətə girişi qısa müddətə bağlaması səbəb olub, taksi dar yolda təmizləmə maşınının keçməsini gözləyirmiş.