Moskvada partlayış: Generalın kürəkəni öldü

05.08.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 1-də Moskvanın “Balzi Rossi” restoranında baş verən partlayış zamanı Rusiya Aerokosmik Qüvvələrinin komandanı Aleksandr Çaykonun kürəkəni həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Çaykonun kürəkəni Danil Peredrianın şəxsi sənədlərindən biri etibarsız elan edilib. Bu, onun Moskvadakı “Balzi Rossi” restoranında baş verən partlayışda öldüyü barədə məlumatı təsdiqləyir. Sənədin etibarsız sayılması barədə məlumat çərşənbə axşamı hökumət məlumat bazalarında peyda olub. Lakin sənədin özü avqustun 1-də restoranda partlayış baş verən gün etibarsız elan edilib. Eyni zamanda, onun ölümü barədə rusiyayönlü bloger Anatoli Şari də yazıb”, - məlumatda deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью