Moskvada partlayış: Generallar da restoranda olub?

02.08.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvada yerləşən "Balzi Rossi" restoranında güclü partlayış baş verib. Orada Rusiya ordusunun yüksək rütbəli generalının – ehtimal ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun olduğu iddia edilir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

ASTRA-nın məlumatına görə, restoran həmin gün özəl banket üçün bağlanmışdı və generalın ad günü qeyd olunurdu.

Şahidlərin sözlərinə görə, restoranın yaxınlığında qara hərbi nömrə nişanlı çoxlu avtomobil park edilmişdi. Bundan əlavə, ərazidə Rusiya Milli Qvardiyasına (Rosqvardiya) məxsus avtobus da olub.

Rusiyalı müxalif jurnalist Oleq Kaşin ehtimal edir ki, restoranda Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Çayko da ola bilərdi. Onun ad günü iyulun son günlərində olub.

Müxalif bloqer Yan Matveyev isə diqqətə çatdırıb ki, bu gün Hava-Desant Qoşunlarının general-mayoru Vladimir Seliverstovun və Müdafiə Nazirliyinin Nəqliyyat Təminatı Departamentinin rəisi, general-leytenant Aleksandr Yaroşeviçin də ad günüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью