Moskvada partlayışın nəticəsində ölən generalın son görüntüləri YENİLƏNİB

17.12.2024

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

16:35
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisinin Moskvanın Ryazanski prospektində düşdüyü partlayış anı videoya çəkilib.
 


***
12:21
Moskvada Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və köməkçisi həlak olub.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, dekabrın 17-də səhər saatlarında Ryazanski prospektində yaşayış binasının yaxınlığında partlayış baş verib. Müstəntiqlərin fikrincə, partlayıcı qurğu blokun yanında dayanan samokata yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью