Moskvada pişik iti parçalayaraq öldürdü

05.08.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Moskvada benqal pişiyi Çihuahua cinsindən olan iti parçalayaraq öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb.
 

Məlumata görə, Moskva sakini olan bir qadın məzuniyyətdə olarkən Riki adlı itini ev heyvanlarına baxıcılıq edən bir şəxsə əmanət edib.


Baxıcının özünün evdə iri bir benqal pişiyi olub. Bir gün qadın mağazaya gedib, geri qayıdanda isə pişiyin Çihuahua cinsindən olan itə hücum edərək onu parçalayıb öldürdüyünü görüb.
Rikinin sahibi məzuniyyətini yarımçıq qoyaraq Moskvaya qayıdıb. O, baş verən hadisə ilə bağlı polisə şikayət ərizəsi verib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью