Moskvada qələbə paradına kimlər qatılacaq? Lavrov açıqladı

05.02.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Dəvət olunmuş bir çox ölkələr İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi ilə bağlı mayın 9-da Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcəklərini təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Qələbə paradı mayın 9-da keçiriləcək. Artıq bir çox dəvətlilər, o cümlədən MDB ölkələrindən olan bütün dostlarımız, qonşularımız, müttəfiqlərimiz və bir çox başqa ölkələr iştiraklarını təsdiqləyiblər”, - nazir bildirib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da söyləyib ki, qələbənin 80 illiyi ilə əlaqədar tədbirlərdə iştirak üçün Moskvaya təkcə MDB yox, müxtəlif ölkələrin liderləri dəvət olunacaq.

Xatırladaq ki, MDB-yə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistan daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью