Moskvada qeyri adi mənzərə: Şəhər küçələrində atlar görüntüləndi

07.07.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Rusiya paytaxtı Moskvanın küçələrində hərəkət edən at sürüsü sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Bizim.Media xəbər verir ki, paytaxtın yaşayış məntəqələrindən birində çəkilən görüntülərdə avtomobillərin arasında dolaşan atlar zibil konteynerlərinin ətrafında yem axtararkən görüntülənib.
Şəhər mühiti üçün xarakterik olmayan bu mənzərə sosial şəbəkələrdə müxtəlif şərhlərlə qarşılanıb. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью