Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi

08.09.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Əslən azərbaycanlı olab tanınmış rusiyalı reper Nəvai (Nəvai Bəkirov) Moskvada aşırdığı işıqfora görə şəhərin Yol Hərəkətinin Təşkili Mərkəzinə 91.2 min rubl (1 800 manat) təzminat, həmçinin 4 000 rubl (79 manatı) dövlət rüsumu ödəyib.

Moderator.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Vəsait təşkilatın sənətçiyə qarşı iddia qaldırmasından iki ay sonra köçürülüb.

Xatərladaq ki, Nəvai mayın 5-də Zubovski bulvarında dövlət nömrə nişanı olmayan qara "Ferrari" ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqforu aşırıb.

Reper özü isə avtomobili cəmi 60-65 km/saat sürətlə idarə etdiyini, maşının "pis idman təkərlərinə" görə fırlandığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью