Moskvada qışın ən soyuq gecəsi qeydə alındı

24.01.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən gecə Moskvada bu qışın əvvəlindən bəri ən soyuq gecə olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün "Telegram" kanalında bildirib

Leus qeyd edib ki, paytaxtın əsas meteoroloji stansiyası olan VDNX-nin məlumatına görə, minimum hava temperaturu -17,3 dərəcəyə düşüb.

Bundan əvvəlki ən soyuq gecə 24 dekabr 2025-ci ildə qeydə alınıb. Həmin gecə minimum temperatur -16,4 dərəcə olub. 

Ekspertin sözlərinə görə, Moskva vilayətində termometr göstəriciləri Solneçnoqorskda -14,2 dərəcə ilə Çerustidə -28,2 dərəcə arasında dəyişib. Bu, həm də qışın əvvəlindən bəri Moskva vilayətində qeydə alınan ən aşağı temperaturdur.

Mərkəzi Federal Dairədə şaxtalar 30 dərəcəyə yaxınlaşıb: Vladimir vilayətinin Vyazniki şəhərində termometr -29,8 dərəcəyə düşüb.

Leus bildirib: "Rusiyanın Avropa hissəsində ən soyuq yer Perm vilayətinin Krasnovişersk rayonunun Vaya kəndi olub və burada gecə minimum temperatur -38,2 dərəcə olub".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью