Moskvada QRU generalını güllələyənlər TUTULDU

08.02.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Federal Təhlükəsizlik Xidməti general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdinin sifarişçisinin Birləşmiş Ərəb Əmirliklərində həbs olunduğunu bildirib.

"Cebheinfo.az"-ın məlumatına görə, saxlanılan şəxs Rusiyaya ekstradisiya olunub.

"Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşların köməyi ilə cinayətin birbaşa sifarişçisi olan 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Lyubomir Korba Dubayda saxlanılaraq Rusiya tərəfinə təhvil verilib",-FTX-nin məlumatında belə qeyd edilir. Rusiya Daxili İşlər Nazirliyi ilə birlikdə bu cinayətin digər iştirakçılarının Moskvada saxlanılan 1959-cu il təvəllüdlü Rusiya vətəndaşı Viktor Vasin və Ukraynaya qaçan 1971-ci il təvəllüdlü Zinaida Serebritskaya olduğu müəyyən edilib". 

Xatırladaq ki, fevralın 6-da Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat İdarəsinin  ( (QRU)) rəis müavini, general-leytenant Vladimir Alekseyev kürək nayihəsindən bir neçə güllə vurulub. Lakin həkimlər onun həyatını xilas edə biliblər. 

Müşfiq Abdulla 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью