Moskvada robot kuryer qəza törədərək hadisə yerindən qaçdı VİDEO

08.07.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın paytaxtı Moskvada qeyri-adi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, ilk dəfə olaraq robot-kuryer qəza törədərək ərazini tərk edib.

Avtosfer.az xəbər verir ki, insidentin görüntüləri "DTP i ÇP Moskva" adlı Telegram kanalında paylaşılıb.

Məlumata görə, hadisə Zapadnoye Dequnino rayonunda baş verib. Videoda pilotsuz çatdırılma aparatının binadan aralanaraq park halında olan minik maşınına dəydiyi öz əksini tapıb. Toqquşmadan sonra fəaliyyətini dayandırmayan robot istiqamətini dəyişərək səki ilə yoluna davam edib və qəza törətdiyi yeri tərk edib.

Bu hadisə Rusiyanın robotlaşdırılmış çatdırılma xidmətləri tarixində ilk dəfə baş verib. İndiyədək heç bir cihaz toqquşma anından sonra yol polisini və ya maşın sahibini gözləmədən hadisə yerindən uzaqlaşmamışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью