Moskvada Rusiya azərbaycanlıları ictimai birliklərinin II Forumu keçiriləcək

29.11.2024

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Dekabrın 14-də Moskvada Rusiya azərbaycanlıları ictimai birliklərinin II Forumu keçiriləcək.
Newscenter.az xəbər verir ki, tədbirin ikinci hissəsində “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilatının növbədənkənar qurultayı keçiriləcək.
Növbədənkənar qurultayın gündəliyinə “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilatının Federal Şurasının yeni tərkibinin seçilməsi və təşkilatın yenilənmiş loqosunun təsdiqi daxildir.
Xatırladaq ki, forumun təşkilatçıları “İnkişaf” Azərbaycanlılarının Regionlararası Alyansı (MAAR) və “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilatdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью