Moskvada şagird dərs zamanı çəkiclə müəllimin başına zərbə endirib

18.04.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva vilayətində beşinci sinif şagirdi dərs zamanı riyaziyyat müəlliminin baş nahiyəsinə çəkiclə zərbə endirib.

Bu barədə Oxu.Az "Mash" "Telegram" kanalına istinadla xəbər verir.

Bildirilir ki, 13 yaşlı məktəbli çantasından çəkici çıxararaq, dərs keçən 69 yaşlı qadının başından vurub. Bundan sonra şagird sinifi qaçaraq tərk edib.

Qadına beyin silkələnməsi, kəllə-beyin travması diaqnozu qoyulub. O, xəstəxanaya aparılıb. Uşağın atası məktəbə, şagirdin özü isə valideynləri ilə birlikdə polis bölməsinə dəvət olunub.

O da məlum olub ki, 13 yaşlı məktəbli dərsə təkcə çəkic deyil, bıçaq da götürüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью