Icma.az bildirir, Baku.ws portalına istinadən.
Rusiyanın paytaxtı Moskvada iyulun 16-sı üçün güclü küləklə əlaqədar "sarı" hava təhlükəsi səviyyəsi elan olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, xəbərdarlıq iyulun 16-sı saat 09:00-dan 21:00-dək qüvvədə olacaq. Gün ərzində bəzi ərazilərdə şimal küləyinin sürətinin arabir saniyədə 17 metrə çatacağı proqnozlaşdırılır.
Qeyd olunub ki, eyni xəbərdarlıq Moskva vilayətində də qüvvədə olacaq.