Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskva metrosu və Moskva vilayətində yerləşən sinaqoqda terror aktları hazırlayan terrorçu zərərsizləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
"Həbs zamanı cinayətkar silahlı müqavimət göstərib və cavab atəşi ilə məhv edilib", - FTX-nin məlumatında qeyd olunub.
Qurumdan, həmçinin bildirilib ki, terror aktları planlaşdıran şəxs əslən Orta Asya ölkələrinin birindən olan Rusiya vətəndaşı olub.