Moskvada teatr binası yanıb

05.02.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Moskvanın mərkəzində teatr binasında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, Rusiyanın paytaxtı Moskvanın mərkəzində, Novinsk bulvarında yerləşən Moskva Açıq Tələbə Teatrı (МОСТ) binasında yanğın baş verib.

Məlumata görə, yanğın saat 20:30 radələrində binanın zirzəmisində başlayıb. Hadisə nəticəsində güclü tüstülənmə qeydə alınıb və binada olanlar təhlükəsizlik məqsədilə təxliyə edilib.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.(Musavat.com)

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью