Moskvada təhlükəli anlar: dronla hücum edildi

25.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Moskva vilayətinin Jukovski şəhərində dron hücumu təhlükəsi elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, bu, gün ərzində ikinci elan olub.

“Moskvaya uçan bir dron məhv edilib”, – deyə şəhər meri Sergey Sobyanin də bildirib.

Həmçinin şəhər ərazisində yerləşən eyniadlı hava limanında təhlükəsizlik məqsədi ilə hava gəmilərinin gəliş-gedişinə məhdudiyyət rejimi tətbiq edilib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью