Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-dan Moskvada terror aktı hazırlığı ilə bağlı daxil olan məlumatları yoxlayarkən “Tsaritsıno” parkında cinayət törətmək niyyətində olduğunu bildirən təhdid xarakterli videonu “TikTok”da paylaşan yeniyetməni saxlayıb.
Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Federal Təhlükəsizlik Xidməti Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə ABŞ hüquq-mühafizə orqanlarından Moskvada “Tsaritsıno” Dövlət Tarix-Memarlıq və Təbiət-Landşaft Muzey-Qoruğunun ərazisində terror aktı hazırlanması ilə bağlı daxil olan məlumatı yoxlayıb. Həyata keçirilən tədbirlər nəticəsində “TikTok” qısa video paylaşım platformasında taktiki geyimdə, kepkada, eynək və qulaqlıqda, avtomatik silaha bənzər əşya ilə çəkilmiş fotolarını, eləcə də “Tsaritsıno” muzey-qoruğunun ərazisində çəkdirdiyi və üzərində “I found a place” (ingilis dilindən tərcümədə “Mən bir yer tapdım”) yazısı olan şəkilləri paylaşan Rusiya vətəndaşı, yetkinlik yaşına çatmayan şəxs saxlanılıb”, – deyə FSB-dən bildirilib.
Post navigationPrevious: Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?