Moskvada tibb mərkəzində soyuducudan 5 insan başı tapıldı

26.06.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvada yerləşən tibb mərkəzlərindən birində aparılan istintaq tədbirləri zamanı soyuducuda saxlanılan beş insan başı aşkarlanıb.

Məlumata görə, araşdırma Sankt-Peterburqda vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə başlanmış cinayət işi çərçivəsində aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tibb mərkəzinin ərazisinə baxış zamanı plastik torbalara yerləşdirilmiş insan cəsədi qalıqları aşkar ediblər.

Tapılan qalıqların mənşəyinin və hadisənin bütün detallarının müəyyənləşdirilməsi məqsədilə materiallar məhkəmə-tibbi ekspertizaya göndərilib.

Hazırda faktla bağlı istintaq davam edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью