Moskvada ticarət mərkəzində yanğın 1500 nəfər təxliyə edildi

08.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Moskvada böyük bir ticarət mərkəzində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS fövqəladə hallar xidmətlərinə istinadən məlumat yayıb.

Yanğın Bolşaya Çeremuşkinskaya küçəsində yerləşən “RIO Sevastopolski” ticarət mərkəzinin havalandırma şaxtasında başlayıb. Binadan 1500 nəfər təxliyə edilib.

Daha sonra yanğının söndürüldüyü bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью