Moskvada türkürpərdici cinayət: Kişi tanışını hissələrə doğradı

19.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Moskvada 36 yaşlı kişi tanışını öz evində öldürərək hissələrə parçalayıb.

Oxu.Az SHOT "Telegram" kanalına istinadla xəbər verir ki, kriminal keçmişi olan Kirill tanışını hissələrə doğradıqdan sonra onları iki idman çantasına qoyub.

O, qurbanının qalıqlarını hadisə yerindən 10 km aralıda gizlədib. Öldürülən kişinin 48 yaşı olduğu bildirilir.

Qətli törətmiş şəxs isə polis tərəfindən saxlanılıb. Hazırda müstəntiqlər hadisənin baş vermə səbəblərini araşdırırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью