Moskvada üçüncü ildir ki, Yeni il atəşfəşanlığı yandırılmayacaq

06.12.2024

Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.

Bu il Moskvada Yeni il atəşfəşanlığının təşkili  nəzərdə tutulmayıb. Bu barədə RİA Novosti məlumat yayıb. 
2023-cü ildə Moskva da Yeni il və Milad bayramı ərəfəsində atəşfəşanlıqdan imtina edib. Analoji qərar 2022-ci ildə 300 minə yaxın insanın rəy bildirdiyi "Fəal Vətəndaş”da səsvermədən sonra qəbul edilib.

Noyabrın sonunda Dövlət Dumasının deputatı Dmitri Qusev Rusiya regionlarının rəhbərlərinə Yeni il atəşfəşanlığından imtina etməyi təklif edib. O xatırladıb ki, 2023-cü ildə Rusiya Federasiyasının 37 subyektində Yeni il bayramında atəşfəşanlığa məhdudiyyətlər tətbiq edilib: onlardan 26-da şəhər atəşfəşanlığı olmayıb, 11-də isə pirotexniki vasitələrdən istifadəyə qadağa qoyulub. 

Aytac


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью