Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Minval.az” saytında 27 noyabr 2024-cü il tarixində dərc olunmuş “Moskvada yenidən Vardanyan kimə lazımdır?” başlıqlı məqalədə Rusiya ekspert dairələrində, xüsusən də Kremlə yaxın çevrələrdə baş verən maraqlı proseslərdən bəhs edilir.
Musavat.com xəbər verir ki, məqalədə “Pul N3” Telegram kanalında Rusiya eksperti Yuri Barançikin fikirlərinə istinad edilir.
Barançik, Bakıda keçirilən COP29 sammitində Ermənistan nümayəndə heyətinin iştirak etməməsindən və baş nazir Nikol Paşinyanın Rüben Vardanyan və digər Qarabağ əsir düşmüş şəxslərin taleyinə laqeyd yanaşmasından narazılığını ifadə edir.
Ekspert, Ermənistan rəhbərliyinin bu beynəlxalq forumda iştirak etməməsini tənqid edərək, bunu dialoq üçün ideal bir məqamın qaçırılması kimi qiymətləndirir.
O, xüsusilə Rüben Vardanyanın fəaliyyətini yüksək qiymətləndirərək, onun dünya üzrə xeyriyyə layihələri həyata keçirdiyini, Rusiyayla dostluq əlaqələrini təşviq etdiyini və Qarabağdakı çətin dövrlərdə Rusiya vətəndaşlığından imtina edərək yerli sakinlərə yardım etdiyini vurğulayır.
Barançik, Vardanyanın sayəsində “Dağlıq Qarabağda” humanitar fəlakətin qarşısının alındığını və onun hazırda Ermənistan cəmiyyətində siyasi məhbus və vicdan məhbusu kimi qəbul edildiyini bildirir.
Məqalədə Barançikin Paşinyanı tənqid edərək, onun “Dağlıq Qarabağın” itirilməsi, erməni konyakının adının dəyişdirilməsi, Rusiya ilə gərgin münasibətlər və kilsə ilə mübarizə kimi məsələlərdə uğursuzluqlarını qeyd etdiyi bildirilir.