Moskvada Vaşinqtonla dialoqun bərpasına “cüzi ümid” yaranıb AZƏRTAC

15.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva, 15 noyabr, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Vaşinqton arasında dialoqun bərpasına ümid yarandığını bildirib.

AZƏRTAC xəbər verir ki, Peskov “The New York Times” qəzetinə müsahibəsində Donald Trampın prezident seçkilərində qələbəsindən sonra Rusiya ilə ABŞ arasında dialoqun bərpasına “cüzi ümid” yarandığını vurğulayıb.

O deyib: “Ən azı aşağı səviyyədə dialoqun bərpa olunacağına ümid var, çünki hazırda hər hansı bir dialoq, ümumiyyətlə, yoxdur”.

Eyni zamanda, Peskov qeyd edib ki, Rusiya “çəhrayı eynək taxmaq” fikrində deyil. “Biz gözəl başa düşürük ki, seçkiqabağı bəyanatlar verilir, lakin insan “Oval” kabinetə daxil olan kimi, hər şey dəyişir”, - deyə Kremlin sözçüsü bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью