Moskvada xüsusi təyinatlılar azərbaycanlı iş adamının şirkətində axtarışlara başlayıb

25.07.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.

APA-nın məlumatına görə, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.

Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.

Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью