Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya paytaxtında yaşayış binasının həyətində avtomobil partlayıb və alovlanıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə Yeni Moskvanın Radujnaya küçəsində baş verib.
Hələlik partlayışın səbəbi və yaralıların olub-olmadığı məlum deyil.
Təcili yardım xidmətləri hadisə yerində işləyir.