Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva vilayətinin Balaşixa şəhərində miqrantların yaşadığı yataqxanada yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 2 kişi və 2 qadın olmaqla, dörd nəfər ölüb.
Dəm qazından zəhərlənmə əlamətləri olan 15 yaşlı yeniyetmə isə xəstəxanaya yerləşdirilib.
Ölənlərin Kuba vətəndaşları olduğu bildirilir.