Moskvada Yunus Emrenin, Ankarada Yuri Qaqarinin abidələri olacaq

29.09.2025

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Ankarada dünyanın ilk kosmonavtı Yuri Qaqarinin, Moskvada isə türk şairi Yunus Emrenin abidələri ucaldılacaq. Hər iki abidənin 2026-cı ilin yayında açılacağı gözlənilir.
Yuri Qaqarinin heykəlinin açılış mərasimi 2026-cı ilin yayında, Türkiyənin paytaxtındakı "Dikmen vadisi" parkında keçiriləcək.
Eyni vaxtda Rusiya paytaxtındakı "Muzeon" sənət parkında Yunus Emrenin abidəsi təqim ediləcək.
Bu barədə Moskvanın Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Sergey Çeremin məlumat verib.
Hürr Tərcüman

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью