Moskvadakı zavodun vurulmasına ABŞ dəstək verib

24.06.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki hədəflərə, o cümlədən Moskva ətrafındakı hərbi obyektlərə və paytaxtın kənarındakı neft emalı zavoduna etdiyi hücumlar ABŞ kəşfiyyatının dəstəyi ilə həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. 

Nəşr hadisənin təfərrüatlarını açıqlamasa da, Kiyevin qərbli müttəfiqlərinin Vaşinqtonu kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirməyə çağırdığını dəqiqləşdirib.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью