Moskvadan Aİnin sanksiyasına cavab: Bu şəxslər Rusiyaya buraxılmayacaq

29.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Avropa İttifaqının (Aİ) növbəti sanksiya paketinə cavab olaraq Avropa institutları və təşkilata üzv ölkələrin Rusiyaya girişləri qadağan olunacaq nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Qurumun məlumatına görə, Aİ ölkələrinin dövlət və kommersiya təşkilatlarının nümayəndələri, Ukraynaya hərbi yardım göstərilməsinə məsul olan Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının ölkəyə girişi qadağan edilib.
“Avropa İttifaqı tərəfindən istənilən qeyri-dostluq aktları bundan sonra da vaxtında və adekvat cavab alacaq”, - Rusiya XİN-dən bildirilib.


Bizim.Media
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью