Moskvadan Bakı və İrəvana çağırış: Sərhəddə eskalasiya... | Icma.az
Icma.az bildirir, GlobalInfo portalına istinadən. “Rusiya Ermənistan və Azərbaycanı sərhəddə eskalasiyadan qaçmağa çağırır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir.
“Biz Bakı və İrəvanı təmkinli olmağa, gərginliyi azaltmaq üçün addımlar atmağa və vəziyyəti pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırırıq.
Bütün zəruri məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”, – deyə diplomat əlavə edib.
Əliyar Xəlil Globalinfo.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu