Moskvadan Bakı və İrəvana TƏKLİF: “Daha çox Ermənistan tərəfinə ünvanlanacaq mesajdır” | I…
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Prinsipial addımlar atmayacağı təqdirdə, bu ölkə ilə kommunikasiyaların açılmasının da heç bir məntiqi izahı yoxdur”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli deyib.
Rusiya XİN-in Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı dəstəkyönümlü bəyanatını şərh edən millət vəkilinin sözlərinə görə, Rusiya hələ də Cənubi Qafqazdakı proseslərin inkişafına və kommunikasiyaların açılmasına 10 noyabr 2020-ci il bəyannaməsi kontekstindən yanaşır: “Halbuki o zamandan indiyə qədər Azərbaycanla Ermənistan arasında bir sıra razılaşmalar olub.
Misal üçün delimitasiya prosesi ikitərəfli qaydada baş tutan danışıqların nəticəsi idi.
Eyni zamanda müvafiq olaraq komissiyalar formalaşdırılıb. Komissiyaların fəaliyyəti ilə bağlı əsasnamə, ölkələrin parlamentlərində ratifikas
Həmin komissiyaların fəaliyyətinin də hazırda şahidiyik. Yəni prinsip etibarilə diplomatik əlaqələr qurulmasa da müəyyən addımlar atılıb”.
ƏHDP funksionerinin qənaətinə görə 10 noyabr 2020-ci il bəyanatının şərtlərindən artıq xilas olmağın vaxtı çoxdan gəlib çatıb: “Kremlin üçtərəfli bəyanatı hər zaman xatırlatmasına əsas səbəb sözügedən proseslər üçün Rusiyanın iştirakını təmin edən yeganə sənəd olmasıdır.
Tam oxu
Xəbəri oxu