Moskvadan Bakıya müttəfiqlik çağırışı

02.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Moskva Bakını ölkələrin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb. 

"Biz, əlbəttə ki, Azərbaycan tərəfini dövlətlərarası münasibətlərin rəsmi sənədlərdə təsbit olunmuş səviyyəsinə qayıtmaq üçün tədbirlər görməyə çağırırıq. Nəzərinizə çatdırım ki, bu, strateji müttəfiqlik səviyyəsidir", - diplomat brifinq zamanı deyib.

Zaxarovanın sözlərinə görə, iki ölkə arasında münasibətlərdə yaranan məsələləri siyasi və diplomatik kanallar vasitəsilə tərəfdaşlıq şəraitində həll etmək lazımdır.

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью