Moskvadan Bakıya ŞOK XƏBƏRDARLIQ: Cənubi Azərbaycan bayrağı ilə hansı mesajlar verilib? KO…
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın məşhur Lenta.ru saytında yayımlanan və Azərbaycan-Rusiya münasibətlərinə həsr edilən videoçarxda Cənubi Azərbaycanın bayrağının yer alması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
Məsələ ictimaiyyət tərəfindən təxribatçı addım kimi qiymətləndirilib və ölkəmizə qarşı hörmətsizlik kimi dəyərləndirilib.
Qeyd edək ki, həmin videoçarx Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan haqqında mənfi fikirlərinin yer aldığı xəbərin sonunda yerləşdirilib.
Zatulin çıxışında Azərbaycan və Rusiya arasında müttəfiqlik münasibətlərinin olmadığını bildirib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Züriyyə Qarayeva bildirib ki, Cənubi Azərbaycan bayrağının videoçarxda yer alması texniki səhv yox, məqsədli və simvolik bir addım kimi qiymətləndirilməlidir: Züriyyə Qarayeva “Bu görüntü sadəcə texniki yanlışlıq deyil.
Çünki videoçarxın yayımlandığı kontekst, yəni Zatulinin mənfi və aqressiv fikirləri fonunda təqdim olunması, vizual elementin siyasi mesaj daşıdığını göstərir.
Cənubi Azərbaycan bayrağı Azərbaycanın rəsmi dövlət atributu deyil və onun belə bir materialda göstərilməsi simvolik anlam daşıyır”.
Tam oxu
Xəbəri oxu