Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ermənilər prosesi qızışdırıb Rusiya ilə Azərbaycan arasındakı münasibətləri daha gərgin səviyyəyə çatdırmaq istəyirlər”.
Bu sözləri Ermənistan tərəfinin atəşkəsi pozmasının səbəblərini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, atəşkəsin pozmasının arxasında Rusiya durur: “Atəşkəsin pozulmasında Rusiyanın barmağı var.
Bu, təyyarəsinin vurulmasından sonra Azərbaycan tərəfinə çevrilmiş növbəti sui-qəsddir.
Ermənilər də çox hiyləgərdir, prosesi qızışdırıb Rusiya ilə Azərbaycan arasındakı münasibətləri daha gərgin səviyyəyə çatdırmaq istəyirlər.
Son zamanlar Sej Sarkisyan, Robert Koçaryan və Levon Ter-Petrosyanın fəallaşması, hətta Koçaryanın sərhədboyu məntəqələrə getməsi ondan xəbər verir ki, Moskvadan tapşırıq gəlib.
Rusiyanın agentura şəbəkəsi fəal hərəkətə keçib. Onların içərisində isə Koçaryana heç kəs tay ola bilməz.