Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

18.06.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskvanın “Vnukovo” hava limanından Gəncəyə uçmalı olan “Utair” şirkətinə məxsus Moskva-Gəncə aviareysi gecikir.

“Qafqazinfo”nun məlumatına görə, içərisində təxminən 115 sərnişinin olduğu təyyarə hava məkanına qalxa bilməyib.

Buna səbəb Rusiyanın paytaxtının kütləvi dron hücumuna məruz qalmasıdır.

Yunis Quliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью