Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, Rusiyanaın əsas hədəfi paytaxt Kiyev olub və şəhərin müxtəlif ərazilərində partlayışlar, yanğınlar, dağıntılar qeydə alınıb.
Hücumdan sonra Brovarı rayonunda logistika və anbar komplekslərində, istehsal zavodlarında, pərakəndə satış məntəqələrində və digər obyektlərdə yanğınlar baş verib. Həmçinin Kiyev bölgəsində də Rusiyanın hücumundan sonra Qatar platformasında cəsədlər tapılıb.
Hücum nəticəsində 15 nəfərin öldüyünü, 20-dən çox insanın yaralandığı bildirilir.
Ukrayna Hava Hücumundan Müdafiə sistemləri Rusiya tərəfindən atılan ballistik raketlərin heç birini zərərsizlədirə bilməyib.
Moskva tərəfinin yaydığı məlumata görə, Hava hücumundan müdafiə qüvvələri Rusiya üzərində gecə ərzində 475 PUA-nı vurub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 4 avqust Moskva vaxtı ilə saat 20:00 ilə 5 avqust səhər 8:00 arasında hava hücumundan müdafiə sistemləri Rusiyanın 17 bölgəsi üzərində 475 PUA vurulub. Nazirliyin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orel, Rostov, Ryazan, Saratov, Smolensk, Tula və Ulyanovsk vilayətləri, Moskva vilayəti, Krım, Tatarıstan, Krasnodar diyarı və Azov və Qara dənizlərinin suları üzərində vurulub.
Məlumtada deyilir ki, təkcə Tula vilayəti üzərində gecə 107 dron vurulub, nəticədə bir nəfər yaralanıb. Dron hücumundan sonra Wildberries çeşidləmə mərkəzində yanğın baş verib. Belqoroda hücumları nəticəsində üç nəfər yaralanıb. Rostovda 40-dan çox dron məhv edilib, Neklinovski rayonunda quru otlar yanıb, lakin xəsarət alan olmayıb.
Mürtəza